Qubada 3,2 ton narkotik tərkibli bitkilər məhv edildi

Qubada 3,2 ton narkotik tərkibli bitkilər məhv edildi Quba rayonunda narkotik tərkibli bitkilər aşkar edilib.
Hadisə
306
10 İyun , 2021 11:24
Qubada 3,2 ton narkotik tərkibli bitkilər məhv edildi
0 : 00
0 : 00

Quba rayonunda narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Uzunmeşə kəndi ərazisində yabanı halda bitən, çəkisi 3,2 ton olan 5400 ədəd çətənə kolu aşkarlanıb.

Aşkar edilən narkotik tərkibli bitkilər yandırma yolu ilə məhv edilib.

Son xəbərlər

Orphus sistemi