Yuxarı

Quba-Xınalıq yolunda yol nişanları güllələnib - FOTO

İnspektor: Bu cür halları görən şəxslərdən polisə məlumat vermələrini xahiş edirik

Quba. 29 iyul. REPORT.AZ/ Quba-Xınalıq yolunda yol nişanları güllələnib. 

5 saylı "Azəravtoyol" ASC-nin sahə rəisi Bilal Sultanov "Report"un Şimal bürosuna bildirib ki, belə hal ilk dəfə il yarım əvvəl baş verib: "Bu yoldakı 20-yə yol dirəyinin üzərindəki nişanları çıxarmışıq. Yol nişanlarına müxtəlif çaplı ov tüfəngi ilə atəş açılıb".

Quba rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin Təbliğat və Təşviqat üzrə inspektoru Azad Əsədov "Report"a açıqlamasında yol nişanlarına hörmətlə yanaşılmasının vacibliyini vurğulayıb: "Yol nişanları sürücünün təhlükəsizliyinə xidmət edir. Yol nişanlarına zərər vurulması halını görən şəxslərdən polisə məlumat vermələrini xahiş edirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi