Quba-Xınalıq yolunda hərəkət bərpa edilib

Quba-Xınalıq yolunda hərəkət bərpa edilib Uçqun nəticəsində yola düşən iri qaya parçaları təmizlənib
Hadisə
28 Oktyabr , 2016 23:25
Quba-Xınalıq yolunda hərəkət bərpa edilib

Quba. 28 oktyabr. REPORT.AZ/ Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti bərpa edilib.

"Report"un Şimal bürosunun məlumatına görə, bu gün günorta saatlarında Quba-Xınalıq yolunun 35-ci km-də dağ uçqunu nəticəsində iri qaya parçaları yolun hərəkət hissəsinə tökülərək hərəkətin məhdudlaşmasına səbəb olub. Dərhal əraziyə yolun 32-ci km-də olan növbətçi texnikalar, canlı qüvvə cəlb olunub və qısa müddəıt ərzində yol qaya parçalarından təmizlənərək hərəkət tam bərpa olunub.

Son xəbərlər

Orphus sistemi