​Quba-Xaçmaz yolunda ağır qəza baş verib, 2 nəfər ölüb

​Quba-Xaçmaz yolunda ağır qəza baş verib, 2 nəfər ölüb Hadisə gecə saatlarında qeydə alınıb
Hadisə
16 Mart , 2016 08:17
​Quba-Xaçmaz yolunda ağır qəza baş verib, 2 nəfər ölüb

Bakı. 16 mart. REPORT.AZ/ Quba-Xaçmaz magistral avtomobil yolunun 15–ci km-də, Xaçmaz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

FHN-in Şimal Reqional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1987-ci il təvəllüdlü Yusifov Yusif Rəsul oğlunun və Babayev Rövşən İbrahim oğlunun cəsədlərini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 02:58-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi