Quba-Xaçmaz yolunda ağır qəza: 1 ölü

Quba-Xaçmaz yolunda ağır qəza: 1 ölü Avtomobilin iki hissəyə bölündüyü bildirilir
Hadisə
1071
26 Noyabr , 2015 22:08
Quba-Xaçmaz yolunda ağır qəza: 1 ölü

Bakı. 26 noyabr. REPORT.AZ/ Quba-Xaçmaz yolunun Zərdabi kənd ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Qartal adlanan massivdə qeydə alınan qəza zamanı sürətlə hərəkət edən VAZ- 2107 markalı avtomobil idarə etməni itirərək ağaca çırpılıb. 

Sürücü - Quba rayon Barlı kənd sakini 1992-ci il təvəllüdlü Nitəliyev Vasif Abdulla oğlu hadisə yerində dünyasını dəyişib.  Avtomobilin iki hissəyə bölündüyü bildirilir.

Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları gəlib. Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi