Yuxarı
    Bağlamaq

    Güclü külək Qubada iri ağacları aşırıb, Quba-Xaçmaz yolu bağlanıb - FOTO

    Külək fərdi təsərrüfatlara da ziyan vurub

    Bakı. 28 sentyabr. REPORT.AZ/ Qubada əsən güclü külək fəsadlar törədib. "Report"un məlumatına görə, güclü külək nəticəsində iri gövdəli ağaclar aşaraq Quba-Xaçmaz yolunu bağlayıb.

    Nəticədə, yolun 2-ci kilometrliyində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Həmçinin, aşan ağaclar elektrik və rabitə naqillərini sradan çıxarıb.

    Külək fərdi təsərrüfatlara da ziyan vurub. Belə ki, meyvə ağaclarına ciddi ziyan dəyib, alma yığımının başlanması ərəfəsində meyvələr tökülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi