Quba sakinini Xaçmazda maşın vurub 

Quba sakinini Xaçmazda maşın vurub  Xaçmazda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
15 Yanvar , 2022 22:15
Quba sakinini Xaçmazda maşın vurub 

Xaçmazda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin Rəşid Behbudov prospektində qeydə alınıb.

Yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən Quba rayon Qamqam kənd sakini 1975-ci il təvəllüdlü Asəf Məbud oğlu Ocaqovu avtomobil vurub.

Hadisə nəticəsində xəsarət alan A.Ocaqov təcili tibbi yardımın köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona xəstəxanada kəllə-beyin travması, baş-beyin silkələnməsi, ənsə nahiyyəsinin yaralanması və sağ baldırın əzilməsi diaqnozları qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi