Yuxarı

Qusarda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Yaralının vəziyyəti orta ağırdır

Quba. 25 sentyabr. REPORT.AZ/ Qusar rayonunun Avaranqışlaq kəndində yol qəzası baş verib.

"Report"un Şimal bürosu xəbər verir ki, Quba rayonu, Aşağı-Atuc kənd sakini, 1990-cı il təvəllüdlü Ağayev Elşən Mövludşah oğlu qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, bel nahiyəsinin əzilməsi diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Yaralının vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır. Avtomobilin kimə məxsus olduğu hələlik bilinmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi