Qəbələ sakini qayalıqdan sürüşərək çaya düşüb - VİDEO

Qəbələ sakini qayalıqdan sürüşərək çaya düşüb - VİDEO İyunun 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Laza kəndi ərazində yerləşən Muçuq şəlaləsinə gedərkən 1 nəfər vətəndaşın yüksək qayalıqdan sürüşərək çaya düşməsi barədə məlumat daxil olub.
Hadisə
26 İyun , 2021 15:05
Qəbələ sakini qayalıqdan sürüşərək çaya düşüb - VİDEO

İyunun 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonu, Laza kəndi ərazində yerləşən Muçuq şəlaləsinə gedərkən 1 nəfər vətəndaşın yüksək qayalıqdan sürüşərək çaya düşməsi barədə məlumat daxil olub.

Bu barədə “Report”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Hadisə yerində xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, Qəbələ rayon sakini, 1988-ci il təvəllüdlü Talıbov Vasif Şakir oğlu Muçuq şəlaləsinə gedərkən sürüşərək hündürlüyü 60-70 metr olan qayalıqdan çaya düşüb.

Xilasedicilər vətəndaşa ilkin tibbi yardım göstərib, təhlükəsizliyini təmin edərək xərəklə bir neçə kilometr çətin keçilən ərazi ilə piyada təxliyə edərək aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi