Quba sakini həmyerlisinin tövləsini yandırıb

Quba sakini həmyerlisinin tövləsini yandırıb Bakı. 10 dekabr. REPORT.AZ/ Dekabr ayının 8-də gecə saatlarında Quba rayon Polis şöbəsinə (RPŞ) rayonun Qorxmazoba kənd sakini Şahbaz Əliverdiyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə yanğın baş verməsi barədə məlumat daxil olub. Polis şöbəsinin əməkdaşları hadisə yerində olub və ilkin araşdırmalar aparılıb. Keçirilən tədbirlərlə hadisənin qəsdən törədildiyi məlum olub.
Hadisə
10 Dekabr , 2018 15:39
Quba sakini həmyerlisinin tövləsini yandırıb
0 : 00
0 : 00

Bakı. 10 dekabr. REPORT.AZ/ Dekabr ayının 8-də gecə saatlarında Quba rayon Polis şöbəsinə (RPŞ) rayonun Qorxmazoba kənd sakini Şahbaz Əliverdiyevə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə yanğın baş verməsi barədə məlumat daxil olub. Polis şöbəsinin əməkdaşları hadisə yerində olub və ilkin araşdırmalar aparılıb. Keçirilən tədbirlərlə hadisənin qəsdən törədildiyi məlum olub.

DİN Mətbuat xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayonun Zərdabi qəsəbə sakini, 55 yaşlı Fərahim Ağamirzəyev saxlanılıb.

Dindirilmə zamanı F.Ağamirzəyev törətdiyi cinayət əməlini etiraf edərək zərərçəkmişlə aralarında illərdir ədavət olduğunu bildirib. Həmin gecə içkili vəziyyətdə zərərçəkmişə məxsus evin həyətyanı sahəsində yerləşən tövləyə gizlicə daxil olduğunu bildirən F.Ağamirzəyev orada yanğın hadisəsi törədərək ona maddi ziyan vurmaq istədiyini əlavə edib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi