Yuxarı
    Bağlamaq

    Quba sakini həmkəndlisini ehtiyatsızlıqdan ov tüfəngindən açılan atəşlə yaralayıb

    Faktla bağlı araşdırma aprılır

    Bakı. 19 dekabr. REPORT.AZ/ Quba rayon sakini həmkəndlisini ehtiyatsızlıqdan ov tüfəngindən açılan atəşlə yaralayıb. 

    "Report" xəbər verir ki, hadisə rayonun Xaltan kəndi ərazisində baş verib.

    Belə ki, kənd sakini Sərdar Aydəmirov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən həmkəndlisi Məhəmməd İsgəndərovu yaralayıb.

    Nəticədə M.İsgəndərov ayaq və bel nahiyələrindən xəsarət alıb. Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. 

    Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən S.Aydəmirovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng götürülüb.

    Faktla bağlı araşdırma aprılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi