Qubada əmək yarmarkası keçirilib

Hadisə
  • 23 dekabr, 2021
  • 10:53
Qubada əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti bu gün Qubada əmək yarmarkası keçirib.

"Report"un Şimal bürosunun məlumatına görə, Quba, Xaçmaz və Qusar rayonlarını əhatə edən yarmarkaya 200-dən çox yerli sakin qatılıb.

Yarmarka zamanı işsiz və işaxtaran vətəndaşlara bölgədə fəaliyyət göstərən 24 müəssisə üzrə 200-dən çox vakant yer təklif olunub. Müraciət edən vətəndaşlara vakant iş yerlərinə göndərişlər verilib.

Bu yarmarkanın əsas məqsədi işəgötürənlə işsizlərin birbaşa təmasını yaratmaq və vətəndaşlarımızın bundan maksimum yararlanaraq münasib işlərini tapmalarıdır. Əməkhaqqı minimum əməkhaqqından başlamaqla 500 manat arasında dəyişir.

Onuda qeyd edək ki, əsasən turizmlə yanaşı, kənd təsərrüfatı da şimal bölgəsinə xas sahələrdir. Həmçinin yarmarkada bir çox dövlət müəssisələri də iştirak edib.

Son xəbərlər

Bütün Xəbər Lenti