Quba polisi gücləndirilmiş iş rejiminə keçdi

Quba polisi gücləndirilmiş iş rejiminə keçdi Qubaya qarın yağması ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş rejimə keçiblər.
Hadisə
547
19 Yanvar , 2021 12:36
Quba polisi gücləndirilmiş iş rejiminə keçdi

Qubaya qarın yağması ilə əlaqədar Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları gücləndirilmiş iş rejiminə keçiblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Report"a verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi (DYP) bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri bütün qabaqlayıcı tədbirlər həyata keçirilir.

Belə ki, rayon ərazisində nəqliyyatın hərəkəti inspektorlar tərəfindən tənzimlənir, sürücülərlə profilaktiki söhbətlər aparılır və onlara yollarda olan vəziyyət haqqında məlumatlar verilir. Bundan əlavə şöbə əməkdaşları tərəfindən qarlı və buzlu yollara qum və duz səpilməsi prosesinə ciddi nəzarət olunur.

Həmçinin Quba RPŞ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları da rayon ərazisində xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalmış və köməyə ehtiyacı olan vətəndaşlara bütün köməklikləri göstərirlər.

Son xəbərlər

Orphus sistemi