Quba meşəsində yanğın söndürülüb

Quba meşəsində yanğın söndürülüb Bakı. 31 iyul. REPORT.AZ/ Quba rayonunun Çayqışlaq kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) baş vermiş yanğın söndürülüb. Hazırda yanmış ərazilərdə kəşfiyyat işləri aparılır, kiçik közərtilərin söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə
31 İyul , 2018 09:16
Quba meşəsində yanğın söndürülüb
Report
0 : 00
0 : 00

Bakı. 31 iyul. REPORT.AZ/ Quba rayonunun Çayqışlaq kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) baş vermiş yanğın söndürülüb. Hazırda yanmış ərazilərdə kəşfiyyat işləri aparılır, kiçik közərtilərin söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Eyni zamanda, Şabran rayonunun Ərəblər kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) tüstülənmə mənbələri müşahidə olunur. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri hadisə rayonuna cəlb olunub. Tüstülənmənin qarşısının alınması üçün tədbirlər görülür. Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi