Qonşusunu polisə düzəltmək adı ilə dələduzluq edən şəxs məhkəmə zalında həbs edilib

Qonşusunu polisə düzəltmək adı ilə dələduzluq edən şəxs məhkəmə zalında həbs edilib Məhkəmə iclası başa çatıb
Hadisə
19 Sentyabr , 2017 13:20
Qonşusunu polisə düzəltmək adı ilə dələduzluq edən şəxs məhkəmə zalında həbs edilib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şəhriyar Şükürovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Şükürovun barəsində Cinayət Məcəlləsinin 62-ci (cəzadan daha yüngül cəza təyin etmə) maddəsi tətbiq edilib və o, 4 il müddətinə azadlıqdan məhrum olunub. Ş.Şükürov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Ş.Şükürov Bakıda qonşusuna qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. O, qonşusunu polisə düzəltmək vədi verib. Lakin sonradan Ş.Şükürov vədinə əməl etməyib və zərərçəkmişin şikayəti əsasında saxlanılıb. Daha sonra onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.

Ş.Şükürov CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi