Qohumunun şərəfini qoruyan Azərbaycan vətəndaşı Rusiyada 9,5 illik həbs cəzasına məhkum edilib

Qohumunun şərəfini qoruyan Azərbaycan vətəndaşı Rusiyada 9,5 illik həbs cəzasına məhkum edilib Bakı. 8 noyabr. REPORT.AZ/ Rusiyanın Orsk şəhərinin Oktyabrski Rayon Məhkəməsi qətl törətməkdə və qanunsuz silah əldə etməkdə təqsirkar bilinən Azərbaycan vətəndaşına ittiham hökmü çıxarıb.
Hadisə
8 Noyabr , 2017 10:44
Qohumunun şərəfini qoruyan Azərbaycan vətəndaşı Rusiyada 9,5 illik həbs cəzasına məhkum edilib

Bakı. 8 noyabr. REPORT.AZ/ Rusiyanın Orsk şəhərinin Oktyabrski Rayon Məhkəməsi qətl törətməkdə və qanunsuz silah əldə etməkdə təqsirkar bilinən Azərbaycan vətəndaşına ittiham hökmü çıxarıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs günahını etiraf edib və qadın qohumunun şərəfini qoruduğunu söyləyib.

O, 30 min rubla tapança aldığını, sonra isə 2017-ci ilin aprelində qadın qohumunu təhqir edən kişini vurduğunu bildirib.

Təqsirləndirilən şəxsin cinayətin açılmasına yarıdm edən etirafı, onun azyaşlı uşağının olması, qətlə yetirilən şəxsin əxlaqsız davranışı nəzərə alınmaqla məhkəmə Azərbaycan vətəndaşına 9,5 il həbs cəzası verib. Məhkum cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəkəcək.

Son xəbərlər

Orphus sistemi