Qohumunu öldürməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti başlayıb

Qohumunu öldürməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti başlayıb İclas ilkin qərardan kassasiya şikayəti verildiyi üçün qeyri-müəyyən vaxta təxir edilib
Hadisə
26 Oktyabr , 2015 08:55
Qohumunu öldürməkdə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti başlayıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Elşən Ələkbərovu qətlə yetirməkdə təqsirləndirilən Həsənov Rüstəm Səmid oğlu və Əliyev Arif Ağasəf oğlunun barələrindəki hökmdən apellyasiya şikayəti başlayıb.

“Report”un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə ilkin qərardan kassasiya şikayəti verildiyi üçün qeyri-müəyyən vaxta təxir edilib.

Qeyd edək ki, hadisə bu il Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. Rüstəm Həsənov onunla eyni məhəllədə yaşayan qohumu, bacanağının qardaşı, 28 yaşlı Elşən Ələkbərovu adi mübahisə üstündə qətlə yetirib. Evdə yüksək səslə musiqi dinləyən E.Ələkbərov R.Həsənovu "eşşək" deyə təhqir edib. Bu sözdən sonra bıçağa əl atan R.Həsənov E.Ələkbərovu öldürüb. Daha sonra məlum olub ki, hər iki şəxsin davasına digər qohumları Arif Əliyev də qoşulub.

R.Həsənov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) və A.Əliyev isə 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsində R.Həsənov 11 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən A.Əliyev barəsində isə 2 il islah işləri cəzası təyin edilib.

Son xəbərlər

Orphus sistemi