Qobustan rayonunda baş verən ağır qəzada ölənlərin və yaralıların kimliyi bəlli olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar Balakən rayon sakini 1960-cı il təvəllüdlü Zirnixova Əsiyyət Uleyman qızı, 1960-cı il təvəllüdlü Qoqayeva Pirdas Çaban qızı, 1963-cü il təvəllüdlü Əsdiyev Hacıyev Şəhmir oğlu, 1962-ci il təvəllüdlü Kahayev Heybullah İsa oğlu və 1985-ci il təvəllüdlü Əhmədov Rəsul Heybullah oğludur.
Avtomobilin sürücüsü Balakən rayon sakini 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və sərnişini 1968-ci il təvəllüdlü Papahov Şahmar oğlu isə hadisə yerində dünyasını dəyişiblər. Faktla bağlı araşdırma aparılır.
09:54***
“Report” nazirliyin rəsmi səhifəsinə istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qobustan rayonu ərazisində “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
09:08***
Qobustanda ağır yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qobustan-Bakı yolunda qeydə alınıb.
Qəza zamanı 2 nəfər ölüb, daha 5 nəfər ağır xəsarət alıb. Ölənlərin sayının artacağı istisna olunmur.
Fakt araşdırılır.




