Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan ərazisində zəlzələ baş verib.
"Report" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yeraltı təkanlar Qobustandan 23 km qərbdə qeydə alınıb.
Gecə saat 2-3 radələrində baş verən zəlzələ hiss olunmayıb. Yeraltı təkanlar yerin 15 km dərinliyində 3 bal gücündə qeydə alınıb.