Qobustanda yük maşını minik avtomobili ilə toqquşub

Qobustanda yük maşını minik avtomobili ilə toqquşub Qobustan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
6 Sentyabr , 2019 21:19
Qobustanda yük maşını minik avtomobili ilə toqquşub

Qobustan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun "Sahil"qəsəbəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobillə "KamAZ" markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində, "Mercedes" markalı avtomobildə olan qadın sərnişin müxtəlif növ bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılıır. 

Son xəbərlər

Orphus sistemi