​Qobustanda qaynını bıçaqlayan şəxsin şikayəti əsasında məhkəmə başlayıb

​Qobustanda qaynını bıçaqlayan şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası iyulun 14-nə təyin edilib
Hadisə
1 İyul , 2016 09:24
​Qobustanda qaynını bıçaqlayan şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 1 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Qobustanda qaynını öldürməyə cəhd etməkdə təqsirləndirilən Ağakişi Hüseynov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.

“Report”un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 14-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, hadisə 2015-ci ilin iyul ayında Qobustan qəsəbəsində baş verib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü A.Hüseynov ailə münaqişəsi zəminində qaynı Bəxtiyar Tofiq oğlu Mahmudova çiyin nahiyəsindən çoxsaylı bıçaq xəsarəti yetirməklə onu öldürməyə cəhd edib. B.Mahmudov ağır bədən xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində A.Hüseynov tutulub.

O, Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Hüseynov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi