Qobustanda qadın sürücü avtomobilini aşırıb, xəsarət alan var

Qobustanda qadın sürücü avtomobilini aşırıb, xəsarət alan var Qobustan. 13 aprel. REPORT.AZ/ Qobustan rayonunda qadın sürücü avtomobilini aşırıb.
Hadisə
13 Aprel , 2018 09:51
Qobustanda qadın sürücü avtomobilini aşırıb, xəsarət alan var

Qobustan. 13 aprel. REPORT.AZ/ Qobustan rayonunda qadın sürücü avtomobilini aşırıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistralının 86-87-ci kilometriliyində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Ülviyyə Rəhim qızı Mirzəliyeva idarə etdiyi 90-AE-951 dövlət qeydiyyat nişanlı "Nissan" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarına aşırıb. Hadisə nəticəsində qadın sürücü ağır bədən xəsarətləri alıb.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi