Qobustanda kişi qardaş və bacısını bıçaqlayıb - YENİLƏNİB

Qobustanda kişi qardaş və bacısını bıçaqlayıb - YENİLƏNİB Qobustan rayonunda baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub.
Hadisə
4 Sentyabr , 2019 03:45
Qobustanda kişi qardaş və bacısını bıçaqlayıb - YENİLƏNİB

Qobustan rayonunda baş verən bıçaqlanma hadisəsinin bəzi təfərrüatı məlum olub.

"Report" xəbər verir ki, Nərimankənd kəndində kişi öz bacısı,1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızını və qardaşı 1959-cu il təvəllüdlü Qurbanov Kamil Bəybala oğlunu bıçaqlayıb.

Hər iki şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.


 *** 03.09.2019, 21:36

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb. 

Belə ki, 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı qardaşı tərəfindən bıçaqlanıb. 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi