Qobustanda dostunu xüsusi amansızlıqla qətlə yetirən şəxsə hökm oxunub

Qobustanda dostunu xüsusi amansızlıqla qətlə yetirən şəxsə hökm oxunub Bakı. 18 may. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
18 May , 2018 16:09
Qobustanda dostunu xüsusi amansızlıqla qətlə yetirən şəxsə hökm oxunub
Report

Bakı. 18 may. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

A.Zülfüqarov məhkəmənin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin avqustunda A.Zülfüqarov Xaçmazda istirahət mərkəzində olarkən dostu Qismət Məmmədlinin ona baxmasına irad bildirib. Bu zaman aralarında mübahisə yaranıb. Daha sonra A.Zülfüqarov dostu Q.Məmmədlini onun xaricdə yaşayan bacısı ilə danışmasından şübhələnib və onu öldürmək qərarına gəlib. Onlar Qobustanda kafedə olarkən birlikdə domino oynayıblar. Bu zaman o, arxadan Q.Məmmədliyə yaxınlaşaraq onun boyun və sinə nahiyələrinə bıçaq zərbələri endirib. Kafedə olan Tələt Hüseynov və Haldun Nəbizadə bıçağı onun əlindən almaq istəyib. Lakin A.Zülfüqarov onlara da bıçaq zərbəsi endirib. Daha sonra A.Zülfüqarov Q.Məmmədlini boğaraq öldürüb.

Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 11-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Zülfüqarov tutulub.

Elan olunmuş ittiham üzrə A.Zülfüqarov özünü qismən təqsirli bilib və xüsusi amansızlıq niyyəti ilə adam öldürdüyünü etiraf edib.

O, sərbəst ifadəsində deyib ki, öldürdüyü Q.Məmmədli ilə dost olub, son zamanlar dostu ona qarşı dəyişib.

A.Zülfüqarova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə) 120.2.4-cü (xüsusi amansızlıqla) 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi