Bakı. 5 dekabr. REPORT.AZ/ Qobustan rayon sakini yük avtomobilini təmir edərkən təkərlərin altında qalaraq ölüb.
"Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Biləsuvar rayonunun Səmədabad kəndində Qobustan rayon sakini Əfqan Ağalıyev "Shacman" markalı avtomobili təmir edərkən avtomobilin hərəkətə gəlməsi nəticəsində təkərin altında qalıb. Ə.Ağalıyev xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı araşdırma aparılır.