QMİ-nin sabiq sektor müdiri 10 il müddətinə azadlıqdan məhrum edilib - FOTO

QMİ-nin sabiq sektor müdiri 10 il müddətinə azadlıqdan məhrum edilib - FOTO Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə Elşən Mustafaoğluna hökm oxunub
Hadisə
30 Dekabr , 2016 16:00
QMİ-nin sabiq sektor müdiri 10 il müddətinə azadlıqdan məhrum edilib - FOTO

Bakı. 30 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə E.Mustafaoğluna hökm oxunub. 

Məhkəmənin höküm ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxışında E.Mustafaoğlunun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi