Qızını qətlə yetirməkdə təqsirləndirilən İlqar Qurbanovun barəsindəki hökmdən apelyasiya şikayəti verilib.
"Report"un xəbərinə görə, iş hakim Əflatun Qasımovun icraatına verilib. Apelyasiya şikayəti üzrə ilkin baxış iclası sentyabrın 6-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Yasamal rayonu, Həsən Bəy Zərdabi küçəsində baş verib. İttihama görə, Masallı rayonu, Boradigah kənd sakini, 57 yaşlı Qurbanov İlqar Paşa oğlu rayondan gələrək "20 Yanvar" metro stansiyasının yaxınlığında qızı, 27 yaşlı Aysel Məmmədlini öldürüb.
Hadisənin namus üstündə baş verdiyi bildirilir və bu iş üzrə məhkəmə istintaqı qapalı keçirilib. Bakı