Yuxarı

Qiyas İbrahimovun ibtidai istintaqı başa çatıb

Cinayət işi hələn həftə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək

Bakı. 19 avqust. REPORT.AZ/ Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qiyas İbrahimovun ibtidai istintaqı başa çatıb.

Bu barədə "Report"a vəkil Elçin Sadıqov məlumat verib.

Vəkilin sözlərinə görə, cinayət işi hələn həftə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. 

Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi