Qiyas İbrahimov apellyasiya şikayəti verib

Qiyas İbrahimov apellyasiya şikayəti verib Vəkil apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim edib
Hadisə
10 Noyabr , 2016 15:10
Qiyas İbrahimov apellyasiya şikayəti verib

Bakı. 10 noyabr. REPORT.AZ/ Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qiyas İbrahimovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Bunu "Report"a vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, apellyasiya şikayətini bu gün Bakı Apellyasiya Məhkəməsinə təqdim edib.

Qeyd edək ki, Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q.İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi