Göyçayda zəncirvari yol qəzası olub, xəsarət alan var - VİDEO - ƏLAVƏ OLUNUB

Göyçayda zəncirvari yol qəzası olub, xəsarət alan var - VİDEO - ƏLAVƏ OLUNUB Video əlavə olunub
Hadisə
17 Fevral , 2019 22:55
Göyçayda zəncirvari yol qəzası olub, xəsarət alan var - VİDEO - ƏLAVƏ OLUNUB
Foto: "Report"

Video əlavə olunub


***19:31

Göyçay. 17 fevral. REPORT.AZ/ Göyçay rayonunda zəncirvari yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Üç avtomobilin qəzaya uğraması nəticəsində rayonun Çayarxı kənd sakini, 1983-cü il təvəllüdlü Akif Əhmədov xəsarət alıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilkin tibbi yardım göstərilib.

Qəza nəticəsində iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. 

Daha əvvəl Göyçay rayonunda avtomobil piyadanı vurub.

 

Son xəbərlər

Orphus sistemi