Bakı. 28 yanvar. REPORT.AZ/ Göyçay rayonunda piyadanı avtomobil vurub.
"Report"un Dağlıq Şirvan bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun
Belə ki, Göyçay rayon sakini, 28 yaşlı Fərid Abdullayevin idarə erdiyi "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən rayon sakini, 2004-cü il təvəllüdlü, IX sinif şagirdi Nəzrin Həsənlini vurub. Nəticədə məktəbli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin yardım göstərilib və vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.