Yuxarı
    Bağlamaq

    Bakıda zəncirvari qəza baş verib - FOTO

    Hadisə ilə bağlı araşdırmalar aparılır

    Bakı. 21 may. REPORT.AZ/ Bakıda zəncirvari qəza baş verib. “Report”un xəbərinə görə, hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsində qeydə alınıb.

    Belə ki, həmin yolla Bakıxanov küçəsi istiqamətində olan “KİA” və “Dodj” markali minik maşınları toqquşub. “KİA” daha sonra dalan yolda olan “Mercedes”ə, o isə “Pejo”ya çırpılıb. Hadisə ilə bağlı araşdırmalar aparılır.

    Qeyd edək ki, “KİA” markalı avtomobilin sükanı arxasında “Rəna” kimi tanınan Dadaşpaşa adlı şəxs olub.

    Hadisə iştirakçısı "Report"la əlaqə saxlayaraq bildirib ki, onun ad və soyadı Dəmirova Ayladır və redaksiyaya təsdiqedici sənədləri göndərib.

    "Report"a hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə isə qəzada iştirak edən "Rəna"adlı sürücü iki il qabaq Bakı şəhərində qəza törədib. Həmin qəza zamanı sürücününün ad və soyadı Dəmirov Dadaşpaşa kimi qeydiyyata alınıb. Amma sonradan sürücü şəxsiyyətini dəyişərək Dəmirova Ayla Altay qızı ad-soyadını götürüb. Və bununla bağlı müvafiq dövlət orqanlarından sənəd alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi