Yuxarı

Qəza nəticəsində ölən polisin həyat yoldaşı da yaralanıb - FOTO - YENİLƏNİB

O, Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib

Bakı. 13 iyul. REPORT.AZ/ Tovuzda avtomobil qəzası nəticəsində həyatını itirən polisin həyat yoldaşı Sima Həsənova da yaralanıb.

"Report"un məlumatına görə, yaralı Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyətinin kafi olduğu bildirilib. 


*** 21:53

Bakı. 12 iyul. REPORT.AZ/ Bu gün axşam saatlarında Tovuz rayonunun Böyük Qışlaq yolunun Əsrik kəndi ərazisində baş verən yol nəqliyyat hadisəsi nəticəsində polis zabiti həyatını itirib.

"Report"un Qərb bölgə müxbirinin məlumatına görə, ölən polis əməkdaşının adı Eyvaz Həsənovdur.

İlkin məlumata əsasən, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi