Son 6 ayda qeyri-rəsmi yaşayan 454 cütlük nikaha girib

Son 6 ayda qeyri-rəsmi yaşayan 454 cütlük nikaha girib “Əməkdaşlarımız yerlərdə olarkən həmçinin qeyri-rəsmi nikah münasibətlərində olan şəxsləri müəyyən edir, onlarla söhbətlər aparır, hüquq və vəzifələrini izah edir”.
Hadisə
612
14 Avqust , 2020 13:08
Son 6 ayda qeyri-rəsmi yaşayan 454 cütlük nikaha girib

“Əməkdaşlarımız yerlərdə olarkən həmçinin qeyri-rəsmi nikah münasibətlərində olan şəxsləri müəyyən edir, onlarla söhbətlər aparır, hüquq və vəzifələrini izah edir”.

“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin təşkil etdiyi canlı müzakirə zamanı Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

Onun sözlərinə görə, söhbətlər zamanı nikahda olmayan ər-arvadın və doğulan uşaqların gələcəkdə üzləşə biləcəkləri çətinliklər barədə onlar məlumatlandırılır, tibbi müayinədən keçmələrinə köməklik göstərilir, daha sonra isə ərizələri qəbul edilərək nikahları dövlət qeydiyyatına alınır.

Nəticədə 2019-cu ildə 1 395, 2020-ci ilin 6 ayı ərzində isə 454 cütlük ərizə ilə qeydiyyat orqanına müraciət edərək nikahını rəsmiləşdirib.

Orphus sistemi