Qeyri-rəsmi yaşadığı arvadını öldürdü, ögey qızını bıçaqladı

Qeyri-rəsmi yaşadığı arvadını öldürdü, ögey qızını bıçaqladı Naftalanda arvadını öldürməkdə və ögey qızına öldürməyə cəhddə təqsirləndirilən Zəfər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
18 Yanvar , 2021 14:17
Qeyri-rəsmi yaşadığı arvadını öldürdü, ögey qızını bıçaqladı

Naftalanda arvadını öldürməkdə və ögey qızına öldürməyə cəhddə təqsirləndirilən Zəfər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Məmmədov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında baş verib. 1975-ci il təvəllüdlü Zəfər Həsən oğlu Məmmədov qeyri-rəsmi nikahda olduğu arvadı, 1979-cu il təvəllüdlü Verdiyeva Elnurə Elm qızını öldürüb, E.Verdiyevanın birinci evliliyindən olan qızı, 2002-ci il təvəllüdlü Həsənova Aysun Elşad qızına ağır xəsarət yetirib.

İttihama görə, evə sərxoş vəziyyətdə gələn Z.Məmmədov ögey qızının başqa şəxslə mobil telefonla danışmasını bəhanə edərək mübahisə yaradıb. Mübahisə zamanı o, E.Verdiyevaya ardıcıl zərbələr endirib, ögey qızına isə bir zərbə vurub.

E.Verdiyeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, qızı isə xəstəxanada xilas edilib.

Z.Məmmədova xüsusi amansızlıqla qəsdən adam öldürmə və adam öldürməyə cəhd maddələri ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi