Qətlə yetirdikləri şəxsi meşədə basdıranlara hökm oxunub

Qətlə yetirdikləri şəxsi meşədə basdıranlara hökm oxunub Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonunda qətl törətməkdə təqsirləndirilən Şahin İmanov və Elburus Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
25 Fevral , 2019 16:16
Qətlə yetirdikləri şəxsi meşədə basdıranlara hökm oxunub

Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonunda qətl törətməkdə təqsirləndirilən Şahin İmanov və Elburus Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 1-də Xaçmaz rayonunun Əbilyatağı kəndi ərazisində baş verib. Xacmaz rayon sakini Ş.İmanovla E.Abdullayev Mirzağa Əzizovu qətlə yetirərək Əbilyatağı kəndi ərazisindəki meşəlik massivində basdırıblar.

Hadisədən 10 gün sonra Ş.İmanov Xaçmaz rayon Polis şöbəsinə könüllü gələrərək E.Abdullayevlə hadisəsini törətdiyini etiraf edib.

Xaçmaz rayon Polis şöbəsinin və rayon Prokurorluğunun əməkdaşları tərəfindən qeyd olunan əraziyə baxış keçirilib və basdırılmış kişi meyiti oradan çıxarılaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının morquna aparılıb.

Cinayətdə şübhəli bilinən E.Abdullayev barəsində axtarış elan olunub, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə o, həmin gün saxlanılaraq rayon prokurorluğuna təhvil verilib.

Son xəbərlər

Orphus sistemi