Rusiyada qətl törətməkdə ittiham olunan Telman İsmayılovun qardaşı fevralın 16-dək həbsdə qalacaq

Rusiyada qətl törətməkdə ittiham olunan Telman İsmayılovun qardaşı fevralın 16-dək həbsdə qalacaq Mojaysk Şəhər Məhkəməsi Rafiq İsmayılovun həbs müddətini artırıb
Hadisə
21 Noyabr , 2016 17:20
Rusiyada qətl törətməkdə ittiham olunan Telman İsmayılovun qardaşı fevralın 16-dək həbsdə qalacaq

Bakı. 21 noyabr. REPORT.AZ/ Moskvaətrafı Mojaysk Şəhər Məhkəməsi tanınmış iş adamı Telman İsmayılovun moskvalı biznesmenlərin qətlində təqsirləndirilən qardaşı Rafiq İsmayılovun həbs müddətini fevralın 16-dək artırıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Bildirilir ki, R.İsmayılov və işin ikinci iştirakçısı - iki ay əvvəl həbs edilən Mehman Kərimov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci bəndi (iki və ya daha çox şəxsin öldürülməsi) və 222-ci maddəsi (qanunsuz silah dövriyyəsi) ilə ittiham olunurlar. Onlar hətta ömürlük azadlıqdan məhrumetmə cəzası ilə də üzləşə bilərlər.

İstintaqın versiyasına görə, cinayətin sifarişçisi R.İsmayılov olub. O, hadisəni törətməkdə ittiham olunan qatil M.Kərimovu hadisə yerinə aparıb, sonra da onu cinayət yerindən uzaqlaşdırıb. 

R.İsmayılovun özü ittihamları qəti şəkildə qəbul etmir, eyni zamanda qatillə öldürülən şəxslərin görüşdüyü an yanacaqdoldurma məntəqəsində olduğunu etiraf edir.

Qeyd edək ki, 15 may 2016-cı il tarixində 55 yaşlı moskvalı iş adamı Vladimir Savkin işgüzar görüşə gedib. Şam yeməyinə evə qayıtmadığına və mobil telefonuna cavab vermədiyinə görə ailəsi polisə müraciət edib. Axşam saat 11-də onun ailəsinə vilayət istiqamətində Novorijskoe şossenin 30-cu kilometrinin kənarında "Toyota" markalı avtomobil və içərisində Vladimir Savkin və onun dostu - "Loblino Motors" şirkətinin yaradıcısı Yuri Brilyovun cəsədlərinin aşkar edildiyi barədə xəbər verilib. Hər iki iş adamı başından güllələnərək qətlə yetirilib.

Son xəbərlər

Orphus sistemi