Qəsdən sağlamlığa zərər vuran şəxsə hökm oxunub

Qəsdən sağlamlığa zərər vuran şəxsə hökm oxunub Qasım Əsədov 8 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
18 Yanvar , 2016 13:01
Qəsdən sağlamlığa zərər vuran şəxsə hökm oxunub

Bakı. 18 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Qasım Əsədovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Q.Əsədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ildə Bakıda baş verib. Qasım Əsədov qohumu Əli Şıxəliyevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Q.Əsədov polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin istintaq zamanı məlum olub ki, Q.Əsədov içkili vəziyyətdə qohumuna bıçaq zərbəsi endirib. Ə.Şıxəliyev məhkəməyə ifadə verərkən şikayətçi olmadığını bildirib.

Q.Əliyev Cinayət Məcəlləsinin 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərərvurma, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddələri ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi