Bu il sentyabrın 4-də Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində 1998-ci il təvəllüdlü Natiq Abbasovun qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə "Report"a Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib.
İstintaqla 2003-cü il təvəllüdlü Əli Həsənovun aralarında yaranmış mübahisə zamanı Natiq Abbasova əvvəlcə yumruq və təpiklə, daha sonra isə üzərində gəzdirdiyi bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Ə.Həsənova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.