Paytaxtda xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Paytaxtda xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib Səbail rayon prokurorluğunun məlumatı
Hadisə
12 Mart , 2024 15:21
Paytaxtda xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Paytaxtda xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən Yusif İsmayılovun cinayət işi məhkəməyə göndərilib.

"Report" xəbər verir ki, bu barədə Səbail rayon prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, cari il yanvar ayının 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bildirilib ki, ibtidai istintaq zamanı 1993-cü il təvəllüdlü Yusif İsmayılovun Səbail rayonu, Salyan şosesi 15 ünvanında xalası oğlu Etibar Fətəliyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilib ki, toplanmış sübutlar əsasında Yusif İsmayılova Cinayət Məcəlləsinin 120.2.2-ci( xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi