Qərb bölgəsində yağıntılı hava şəraiti fəsadlar törədib

Qərb bölgəsində yağıntılı hava şəraiti fəsadlar törədib Qərb bölgəsində yağıntılı hava şəraiti fəsadlar yaradıb, bəzi yerlərdə elektrik enerjisinin verilməsi dayandırılıb.
Hadisə
24 Avqust , 2021 20:20
Qərb bölgəsində yağıntılı hava şəraiti fəsadlar törədib

Qərb bölgəsində yağıntılı hava şəraiti fəsadlar yaradıb, bəzi yerlərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, saat 18 radələrindən başlayaraq, Qərb bölgəsinin dağlıq rayonlarında leysan yağış və güclü ildırım müşahidə olunur. Bu saatlarda isə Gəncə şəhəri və yaxın rayonlarda da küləklə müşahidə olunan leysan yağış yağmağa və ildırım çıxmağa başlayıb.

Kəskin hava şəraiti səbəbindən Daşkəsən rayonunun və Gəncə şəhərinin bəzi yerlərində elektrik enerjisinin verilməsi dayandırılıb. Gəncə-Daşkəsən avtomobil yolunda nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.

Hazırda bölgədə analoji hava şəraiti davam edir.

Son xəbərlər

Orphus sistemi