Qərb bölgəsində güclü yağış yağır, bəzi dağlıq ərazilərə ildırım düşüb

Qərb bölgəsində güclü yağış yağır, bəzi dağlıq ərazilərə ildırım düşüb Qərb bölgəsində yağıntılı hava şəraiti bir sıra fəsadlara səbəb olub.
Hadisə
2 Avqust , 2020 21:47
Qərb bölgəsində güclü yağış yağır, bəzi dağlıq ərazilərə ildırım düşüb

Qərb bölgəsində yağıntılı hava şəraiti bir sıra fəsadlara səbəb olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hazırda Daşkəsən, Gədəbəy, Şəmkir, Göygöl və Samux rayonlarında, həmçinin Gəncə şəhərində yanğıntılı hava şəraiti müşahidə olunur.

Daşkəsən rayonunda leysan səbəbindən bəzi ərazilərdə sakinlərin təsərrüfatına qismən zərər dəyib. Avtomobil yollarında nəqliyyatın hərəkətində bir müddət çətinliklər yaranıb. Bəzi hündür dağlıq ərazilərə isə ildırım düşüb.

Şəmkir, Gədəbəy, Göygöl və Samux rayonlarına və Gəncə şəhərinə də yağış yağıb. Dağlıq rayonlarda əkin sahələrinə ziyan dəyib.

Hava şəraitinin digər fəsadlara səbəb olub-olmadığı adiyyatı qurumlar tərəfindən araşdırılır.

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir. Dağlıq ərazilərdə güclü ildırım çaxır.

Son xəbərlər

Orphus sistemi