Qərargah: "Dənizin “Pirsaat daş silsiləsi” ərazisində kişi meyiti tapılıb"

Qərargah: "Dənizin “Pirsaat daş silsiləsi” ərazisində kişi meyiti tapılıb" Onun itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir
Hadisə
28 Fevral , 2017 12:19
Qərargah: Dənizin “Pirsaat daş silsiləsi” ərazisində kişi meyiti tapılıb

Bakı. 28 fevral.REPORT.AZ/  “Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan  Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qərargahdan "Report"a verilən məlumata görə, həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində bu gün dənizin “Pirsaat daş silsiləsi” ərazisində kişi meyiti tapılıb.

Tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi