Yuxarı

Qəbiristanlıqdan oğurluq edən ata və oğulun məhkəməsi başlayır

​Qəbiristanlıqdan oğurluq edən ata və oğulun məhkəməsi başlayır

Bakıda qəbiristanlıqdan oğurluq etməkdə təqsirləndirilən Etibar Dostəliyev, oğlu Cəbrayıl Dostəliyev və tanışları Tayfun Sarıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mirheydər Zeynalovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayından 2019-cu ilin mart ayının 20-dək olan müddətdə Balaxanı qəsəbəsinin ərazisində yerləşən qəbiristanlıqdan 1050 manat dəyərində dəmir çərçivələrin oğurlanması barədə polisə müraciət daxil olub.

Dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Etibar Dostəliyev, oğlu Cəbrayıl Dostəliyev və paytaxt sakini Tayfun Sarıyev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi