Qəbələdə gənc qadını amansızlıqla qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə "Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Martın 5-də rayonda 1999-cu il təvəllüdlü Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə qətli törətməkdə şübhəli bilinən bir qadın saxlanılıb.
Qeyd edək ki, A.Əliyevanın meyitinin ayrı-ayrı hissələri zibil yeşiklərində aşkarlanıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb.
İstintaq və əməliyyat - axtarış tədbirləri davam etdirilir.
Qəbələ rayonunda zibil qutularında ayrı-ayrı hissələri tapılan meyitin kimliyi məlum olub.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, bu, 1999-cu il təvəllüdlü Aytac Əliyevadır.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.
Qəbələ rayonunda gənc qadının hissələrə ayrılmış meyiti tapılıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında şəhər ərazisində məişət tullantılarının atıldığı qutudan qadın əli tapılıb.
Daha sonra qutularda sellofan torbalara yığılaraq atılmış meyitin digər hissələri aşkarlanıb.
Tapılan meyitin 20-25 yaşlarında olan gənc qadına aid olması ehtimal olunur.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.