Qəbələdə yol qəzası olub, ölən var - YENİLƏNİB

Qəbələdə yol qəzası olub, ölən var - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
31 Yanvar , 2019 11:38
Qəbələdə yol qəzası  olub, ölən var - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Qəbələ. 31 yanvar. REPORT.AZ/ Qəbələ rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, Əzəmməd Hidayətov idarə etdiyi  “Vaz 21012 “ markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yolun kənarındakı dirəyə çırpılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə yerləşdirilib. 


*** 08:21

Qəbələ. 31 yanvar. REPORT.AZ/ Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Mirzəbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Vaz 21012 “ markalı avtomobil idarəetməni itirərərk yoldan çıxıb və yol kənarındakı dirəyə çırpılıb. Qəza zamanı sürücü ağır bədən xəsarətləri alaraq hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi