Qəbələdə yol qəzası baş verib, ölən var

Qəbələdə yol qəzası baş verib, ölən var Bakı. 30 avqust. REPORT.AZ/ Qəbələ rayonunda yol qəzası baş verib.
Hadisə
30 Avqust , 2018 12:32
Qəbələdə yol qəzası baş verib, ölən var
0 : 00
0 : 00

Bakı. 30 avqust. REPORT.AZ/ Qəbələ rayonunda yol qəzası baş verib.  

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Əmili kəndi ərazisində qeydə alınıb. 

Belə ki, avqustun 29-u saat 21 radələrində rayonun Mollaşıxalı kənd sakini Samir Abdullayev “VAZ-2107” markalı avtomobili idarə edərkən onu yolun kənarındakı maneəyə vurub, həmin istiqamətdə hərəkətdə olan Kiçik Əmili kənd sakini Habil Mirzəyev hadisədən yayınarkən idarə etdiyi “QAZ-5312” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpıb. Nəticədə S.Abdullayev hadisə yerində ölüb.

Qəbələ rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi