Bakı. 1 fevral. REPORT.AZ/ Qəbələnin Bum qəsəbəsində vətəndaşa məxsus birmərtəbəli 2 otaqlı ev yanıb.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində yaxınlıqda yerləşən tikintisi başa çatmamış birmərtəbəli evin dam örtüyü də zərər çəkib.
Evin qalan hissəsi və yaxınlıqdakı yarımçıq tikili yanğından mühafizə olunub. Yanğın gecə saatlarında yanğınsöndürənlər tərəfindən söndürülüb.