Qəbələdə tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb

Qəbələdə tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb Qəbələdə tanışını qətlə yetirməkdə təqsirləndirilən Kənan Mustafayevin cinayət işi üzrə məhkəmə iclası başlayır.
Hadisə
26 Yanvar , 2022 09:46
Qəbələdə tanışını qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb

Qəbələdə tanışını qətlə yetirməkdə təqsirləndirilən Kənan Mustafayevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report" xəbər verir ki, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında rayonun Tikanlı kəndinə yaxın ərazidə baş verib.

Belə ki, Qəbələ rayonunun Uludaş kənd sakini, 2003-cü il il təvəllüdlü K.Mustafayev tanışı, Tikanlı kənd sakini, 1987-ci il təvəllüdlü Sənur Ağahüseynovu şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqlayaraq qətlə yetirib.

Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

K.Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Son xəbərlər

Orphus sistemi