Qəbələdə qaynı ilə əlbir olaraq ərini öldürüb, meyitini sanitar qovşağına atan qadının məhkəməsi başlayır

Qəbələdə qaynı ilə əlbir olaraq ərini öldürüb, meyitini sanitar qovşağına atan qadının məhkəməsi başlayır Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib
Hadisə
21 Noyabr , 2018 09:29
Qəbələdə qaynı ilə əlbir olaraq ərini öldürüb, meyitini sanitar qovşağına atan qadının məhkəməsi başlayır

Bakı. 21 noyabr. REPORT.AZ/ Qəbələ rayonunda qətl törətməkdə təqsirləndirilən Vüsalə MəmmədşərifovaVüsal Rəfiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 3-nə təyin edilib.

Daxili İşlər Nazirliyinin rəsmi saytının məlumatına əsasən, Qəbələ rayonunun Tikanlı kənd sakini Dursun Rəfiyevin itkin düşməsi faktı ilə əlaqədar rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşları birgə istintaq və əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə müəyyən edilib ki, martın 25-də D.Rəfiyevlə arvadı V.Məmmədşərifova arasında münaqişə baş verib və bu zaman sonuncu ərinin qardaşı V.Rəfiyevlə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib, cəsədini həyətdəki sanitar qovşağına atıb. Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.

V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi